– | Yerə dağılmış civəni hansı maddənin köməyi ilə zərərsizləşdirmək olar? |
– | Lax yumurtadan hansı qazın iyi gəlir? |
VI qrupun əsas yarımqrupunu oksigen O, kükürd S, selen Se, tellur Te və radioaktiv polonium Po elementləri təşkil edir. Bu elementlər xalkogenlər adlanır. (Xalkogen – “filiz doğuran” deməkdir.)
– | O, S, Se və Te atomlarının xarici energetik səviyyələrinin quruluşundakı fərq nədən ibarətdir? |
– | Cütləşmiş s- və p-valent elektronlarının təklənməsi xalkogen atomlarının hamısında mümkündürmü? Bu nə ilə əlaqədardır? |
– | Atom quruluşundakı fərq oksigen və kükürd elementlərinin birləşmələrində göstərdiyi valentliklərdə öz əksini tapırmı? Cavabınızı misallarla təsdiqləyin. |
Xalkogen atomlarının xarici energetik səviyyəsində 6 elektron vardır: ns2np4. Oktet quruluşu (s2p6) əldə etmək üçün onlar hidrogen və metallarla birləşmələrində çatışmayan 2 elektronu özünə birləşdirib –2 oksidləşmə dərəcəsi göstərir. Kükürd, selen və tellur elementləri oksigen və halogenlərlə birləşmələrində, oksigen isə yalnız flüorla, həmçinin +2 oksidləşmə dərəcəsi göstərir. Oksigendən fərqli olaraq kükürd, selen və tellur +4 və +6 oksidləşmə dərəcəsi də göstərir. (cəd. 17.1).
Oksigen atomunun xarici (2-ci) energetik səviyyəsində d-yarımsəviyyəsi olmadığı üçün o, IV və VI valentlik və göstərmir.
Oksigen yarımqrupu elementlərinin hidrogenli birləşmələrinin (H2O, H2S, H2Se, H2Te) ümumi formulu H2R-dir. H2S, H2Se və H2Te-u suda həll etdikdə turşular əmələ gəlir. Bu turşuların qüvvətliliyi H2S→H2Se→H2Te istiqamətində artır.
Su çox cuzi olaraq ionlara (H+ və OH–) dissosiasiya edir.
Cədvəl 17.1. Oksigen və kükürd elementlərinin bəzi xarakteristikaları