– | Hansı maddə hələ qədim zamanlardan kosmetik vasitələrin hazırlanmasında istifadə edilirdi? |
– | Hansı maddədən dəri xəstəliklərində müalicə vasitəsi kimi istifadə olunur? |
Kükürdün allotrop modifikasiyalarının modelləri əsasında suallara cavab verin.
– | Kükürdün allotrop modifikasiyalarının quruluşu və fiziki xassələri haqqında nə söyləyə bilərsiniz? |
– | Sizcə, plastik kükürdün də kristallik kükürdə çevrilməsi mümkündürmü? |
– | Sizcə, adətən, biz kükürdün hansı modifikasiyası ilə təmasda oluruq? Kimyəvi tənliklərdə kükürd necə yazılır? |
Kəşfi. Kükürd qədim zamanlardan məlumdur.
Birləşmələrində kükürd, əsasən, –2, –1, +2, +4 və +6 oksidləşmə dərəcəsi göstərir.
Dövri sistemdə mövqeyi və atomunun quruluşu. Kükürd 3-cü dövr, VI qrupun əsas yarımqrup elementidir; atomu 1s22s22p63s23p4 elektron formuluna malikdir.
Təbiətdə yayılması. Kükürd təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində yayılmışdır. Təbii birləşmələri əsasən sulfid və sulfatlardır; məsələn, dəmir kolçedanı və ya pirit FeS2; sfalerit ZnS, mis kolçedanı və ya xalkopirit CuFeS2, qurğuşun parıltısı PbS, kinovar HgS, mis parıltısı Cu2S, gips CaSO4·2H2O, mirabilit və ya qlauber duzu Na2SO4·10H2O, hidrogen-sulfid H2S və s. Kükürd heyvan və bitki orqanizmlərində (zülallarda), neftdə olan üzvi birləşmələrin tərkibində olur.
Respublikamızda kükürd birləşmələrinə əksər filiz yataqlarında rast gəlinir (səh. 40).Alınması. Birləşmələrindən kükürd – piritin termiki parçalanması, hidrogensulfidin oksidləşdirilməsi və digər üsullarla alınır: