– | Qalaaltı (Şabran) və Bədo (İsmayıllı) sularında hansı maddənin olması onları İstisu, Badamlı və Sirab sularından fərqləndirir? |
Molekulun quruluşu. Hidrogen-sulfidin quruluş formulu belədir: H–S–H. S–H rabitələri polyar kovalent rabitədir. Molekul bucaq formasında olduğundan (∠HSH≈92°) o, bütövlükdə polyardır (a).
Təbiətdə yayılması. Hidrogen-sulfid təbiətdə vulkanik qazların və bəzi mineral suların (Pyatiqorsk, Masesta, Qalaaltı, İsmayıllı) tərkibində rast gəlir.
Alınması. Laboratoriyada hidrogen-sulfid, əsasən, dəmir(II) sulfidlə xlorid və ya duru sulfat turşularının qarşılıqlı təsirindən alınır:
Sənayedə hidrogen-sulfid neftin, təbii və sənaye qazlarının təmizlənməsi zamanı əlavə məhsul kimi alınır.
Fiziki xassələri. Hidrogen-sulfid – rəngsiz, havadan bir qədər ağır, lax yumurta iyi verən (əslində, lax yumurtadan hidrogen-sulfidin iyi gəlir), çox zəhərli qazdır. Uzun müddət çox miqdarda hidrogen-sulfidlə nəfəsalma ölümlə nəticələnə bilər. 20°C-də 1l suda 2,5l H2S həll olur. Hidrogen-sulfidin suda məhlulu sulfid turşusu adlanır.
Kimyəvi xassələri. Qızdırıldıqda hidrogen-sulfid parçalanır:
H2S – güclü reduksiyaedicidir. Hidrogen-sulfidin oksidləşməsi reaksiyalarına misal olaraq onun oksigen, SO2 və bromlu su ilə reaksiyalarını göstərmək olar:
Hidrogen-sulfidin suda məhlulu çox zəif, ikiəsaslı turşudur:
İon tənliklərində sulfid turşusu su kimi molekulyar formada yazılır.