21
Fəaliyyət
Qatı sulfat turşusunun suayırıcı xassəsi
Təchizat: hündür şüşə stəkan, qatı sulfat turşusu,
şəkər tozu, şüşə çubuq.
İşin gedişi: hündür stəkanda şəkər tozunu su ilə
isladıb üzərinə asta-asta, şüşə çubuqla qarışdıraqarışdıra
qatı sulfat turşusunu əlavə edin və
müşahidə aparın. Qara kütlə stəkandan kənara
dağılmamış əlinizi stəkana toxundurun.
Nəticəni müzakirə edin:
– |
Bu təcrübə qatı sulfat turşusunun hansı xassəyə malik olduğunu göstərir?
Bu xassəyə malik maddələr necə adlanır? |
– |
Kömürün stəkan boyu yuxarı qalxması nə ilə əlaqədardır? X hansı maddədir? |
– |
Kömürləşmə prosesi ekzotermik, yoxsa endotermik prosesdir? |
– |
Qatı sulfat turşusu digər üzvi maddələrlə də oxşar xassə göstərirmi? |
Alınması. Sənayedə sulfat turşusu, əsasən, kontakt üsulu ilə alınır (bax: səh.86):
Fiziki xassələri. Sulfat turşusu – rəngsiz, iysiz, ağır (ρ = 1,838 q/ml), uçucu olmayan
yağlıtəhər mayedir. O, olduqca hiqroskopikdir. Sulfat turşusunu suda həll
etdikdə güclü qızma baş verir (a).
Qatı sulfat turşusunu su ilə
durulaşdırdıqda turşunu suya astaasta
və daim qarışdırmaqla
tökmək lazımdır; əksinə – suyu
sulfat turşusunun üzərinə
tökmək olmaz! Sonuncu halda
turşu məhlulunun kənara sıçraması
baş verə bilər ki, bu da dəridə
yanıqlar əmələ gətirə bilər.
Bilik qutusu • Susuz sulfat turşusu özündə 70%-dək SO
3 həll edə bilir. Kükürdtrioksidin
qatı sulfat turşusunda məhlulu
oleum adlanır. Laboratoriyada işlədilən qatı
sulfat turşusu 96%-li olur (ρ = 1,84 q/ml).