– | Qalaylama işlərində metalın səthindəki oksid təbəqəsini təmizləmək məqsədilə hansı maddədən istifadə edilir? |
– | Nəm fenolftalein və nəm qırmızı lakmus kağızlarını stəkanın ağzına yaxınlaşdırdıqda onlar hansı rəngə boyanır? Nə üçün? |
– | Bu yolla ammoniumun digər duzlarını da təyin etmək olarmı? |
– | Ammonium duzlarının digər xassələri nədən ibarətdir? |
Alınması. Ammonium duzlarını ammonyakın və ya ammonium-hidroksidin turşularla qarşılıqlı təsirindən almaq olar. Hər iki halda çoxəsaslı turşunu artıqlaması ilə götürdükdə turş duz alınır:
Fiziki xassələri. Ammonium duzları bərk, əsasən, ağ rəngli, suda yaxşı həllolan kristal maddələrdir.
Kimyəvi xassələri. Ammonium duzları digər duzların ümumi xassələrinə və bəzi xüsusi xassələrə malikdir.
Digər duzlar kimi ammonium duzları turşularla, duzlarla qarşılıqlı təsirdə olur, suda məhlulda ionlara dissosiasiya edir:
Ammonium duzlarının xüsusi xassələrinə onların qələvilərlə qarşılıqlı təsirdə olması (bax: fəaliyyət), qızdırıldıqda parçalanması və su ilə hidrolizə uğraması aiddir.
1. Ammonium duzlarının qələvilərlə reaksiyası bu duzların təyin edilməsində istifadə edilir, çünki reaksiya nəticəsində alınan ammonium-hidroksid kəskin iyli ammonyakın ayrılması ilə parçalanır (bax: fəaliyyət bölməsində araşdırılan təcrübəyə):