Tətbiq tapşırıqları
5-4 |
İrrasional tənliklər |
Dəyişəni radikal işarəsi altinda (və ya kəsr üstlü qüvvətə yüksəldilmiş) olan tənliklərə irrasional tənliklər deyilir.
Nümunələr:
İrrasional tənlikləri həll edərkən, adətən qüvvətə yüksəltmə əməli tətbiq edilir. Cüt dərəcədən qüvvətə yüksəltmə aparıldıqda yeni tənlikdə dəyişənin mümkün qiymətləri çoxluğu genişlənə bilər. Ona görə də bu halda alınmış tənliyin köklərinin verilmiş tənliyi ödəyib ödəmədiyini yoxlamaq lazımdır.
1. Nümunə tənliyini həll edin.
Həlli. radikal
işarəsi olan ifadə “təklənir”
sadələşdirilir
Alınmış tənliyin kökü yoxdur, çünki hesabi kvadrat kök mənfi olmayan
ədəddir.
Cavab: ∅
2. Nümunə tənliyini həll edin.
Həlli. radikal
işarəsi olan ifadə “təklənir”
x + 4 = 9 kvadrata yüksəldilirək radikaldan azad edilir
x = 5 alınmış tənlik həll edilir.
Yoxlama: Verilmiş tənlikdə x = 5 yazsaq, 5 = 5 alarıq, yəni
tənlik ödənir.
Cavab: {5}