Çoxbucaqlılar
Siz bu bölmədə öyrənəcəksiniz
✔ Çoxbucaqlıların növlərini
✔ Çoxbucaqlının daxili və xarici bucaqlarına aid məsələlər həll
etməyi
✔ Üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələrə aid
məsələlər həll etməyi
✔ Çevrənin daxilinə və xaricinə çəkilmiş dördbucaqlıların
xassələrini
✔ Düzgün çoxbucaqlıların sahəsini hesablamağı
6-1 |
Çoxbucaqlılar |
Sonlu sayda parçaların (birinin sonu digərinin başlanğıcı olmaqla) ardıcıl olaraq birləşməsindən alınan fiqura sınıq xətt deyilir. Bu halda ardıcıl birləşdirilən iki qonşu parça bir düz xətt üzərində yerləşməli deyil. Sınıq xəttn ucları (sonuncu parçanın sonu və birinci parçanın başlanğıcı) üst-üstə düşürsə, ona qapalı sınıq xətt deyilir. Sınıq xəttin qonşu olmayan tərəflərinin orta nöqtəsi yoxdursa, sadə sınıq xətt adlanır. Sadə qapalı sınıq xəttə çoxbucaqlı deyilir.
✔ Çoxbucaqlının tərəfləri müəyyən sayda düz xətt parçalarından ibarətdir. Tərəflərinin ucları çoxbucaqlının təpə nöqtələridir. Çoxbucaqlı onun təpələrini göstərən hərflərlə adlandırılır.
✔ Çoxbucaqlı aid olduğu müstəvinin nöqtələrini iki çoxluğa ayırır: çoxbucaqlının daxilində qalan sonlu hissə və onun xaricində qalan sonsuz hissə.
Çoxbucaqlılar qabarıq və ya çökük ola bilər.