Vektorlar
Siz bu bölmədə öyrənəcəksiniz
✔ Koordinat müstəvisində vektorları
✔ Komponentləri ilə verilmiş vektorun uzunluğunu və meyil bucağını
müəyyən etməyi
✔ Vektorların toplanması və çıxılmasını
✔ Vektorun ədədə vurulmasını
✔ Komponentləri ilə verilmiş vektorlar üzərində əməlləri
✔ Vektorların tətbiqi ilə məsələ həll etməyi
Praktik məşğələ.
Verilən miqyasa və istiqamətə görə yerdəyişmələrə uyğun düz xətt parçalarını çəkin. İstiqaməti oxla göstərin.
25 km şimala
1 sm : 5 km
250 m yuxarıya
1 sm : 25 m
20 m şərqə
1 sm : 5 m
100 m aşağıya
1 sm : 20 m
4 km qərbə
1 sm : 1 km
15 km sağa
1 sm : 3 km