8-3 |
Vektorların toplanması və çıxılması |
Araşdırma. Çayın axını qayığın axını istiqamətində və axına qarşı hərəkətində onun sürətinə necə təsir edir?
Kollinear vektorların toplanması
Kollinear və vektorlarını toplamaq üçün vektorunu elə yerləşdirin ki, onun
başlanğıcı vektorunun sonu ilə üst-üstə düşsün. vektorunun başlanğıcından
vektorunun sonuna yönəlmiş vektor və vektorlarının cəmini göstərib onların
əvəzləyicisi olur.
Eyni istiqamətli kollinear vektorların cəmini göstərən əvəzləyici vektorun modulu
verilən vektorların modulları cəminə bərabər olmaqla, istiqaməti' verilən
vektorlarla eyni olur.
Əks istiqamətli iki kollinear vektorun əvəzləyici vektorunun modulu bu vektorların modulları fərqinə bərabərdir (böyük moduldan kiçiyi çıxılır), istiqaməti' isə modulu böyük olan vektorla eynidir.
1. Nümunə. Təsəvvür edin ki, siz 100 m şərqə doğru, daha sonra 200 m qərbə doğru hərəkət etmisiniz. Bu hərəkəti qrafik olaraq təsvir edin.
Həlli. 1 sm : 50 m miqyası ilə verilən vektorları çəkək.
Göründüyü kimi, əvəzləyici vektorun modulu vektorların modullarının fərqinə
bərabərdir, istiqamət isə qərbə doğru olacaq.
Bu halda olduğundan əvəzləyici vektorunun uzunluğu kimi tapılır. 200 m - 100 m = 100 m (qərbə)