Ümumiləşdirici tapşırıqlar
- Ardıcıllığın 4-cü və 6-cı həddini yazın.
- 1; 2; 5; 10; a; 12; b; c artan ardıcıllığında (a, b, c natural ədədlərdir) hədlərin ədədi ortası 12-yə bərabərdir. b-nin ən böyük qiyməti neçə ola bilər?
- Aşağıdakı şəkli araşdırın. Ardıcıllığın daha 5 həddini yazın. Bu ardıcıllığın
istənilən həddini tapmaq üçün düstur yazın.
- Ardıcıllığın ədədi və ya həndəsi silsilə olduğunu müəyyən edin, növbəti iki həddini yazın.
- a) Ədədi silsilədə a3 = 4, a7 = 6 olarsa, a5 və a8 hədlərini tapın.
b) Ədədi silsilədə a3 + a6 + a24 = 12 olarsa, ilk 21 həddin cəmini tapın.
- Ədədi silsilədə a4 = 9, a9 = - 6 olarsa, ilk neçə həddin cəmi 54-ə bərabər olar?
- 6,6; 5,8; ...... ədədi silsiləsinin müsbət hədlərinin cəmini tapın.
- İlk n həddinin cəmi Sn = 2n2 + 3n düsturu ilə verilən ədədi silsilənin birinci həddini və fərqini tapın.
- Tikinti şirkəti 500000 manata buldozer almışdır. Buldozerin qiyməti hər il əvvəlkinə görə 20% ucuzlaşır. Buldozerin qiymətini istənilən n-ci ildə müəyyən etməyə imkan verən düstur yazın. Buldozerin qiyməti neçə ildən sonra 256 min manat olacaq?
- a) Həndəsi silsilədə b2 = 0,1 və b5 = 0,8 olarsa, b6 və b8 hədlərini tapın.
b) Həndəsi silsilənin ilk dörd həddinin cəmi 8, sonrakı dörd həddin cəmi isə 4-ə bərabərdir. İlk on iki həddin cəmini tapın.