Sinif | Tezlik |
10-19 20-29 30-39 40-49 50-59 60-69 70-79 |
8 20 30 72 40 10 20 |
Tezlik histoqramı. Tezlik poliqonu
Tezlik histoqramı. Məlumati təqdim etmək üçün ən əlverişli formalardan biri
histoqramdır. Nəzərdən keçirdiyimiz internet istifadəçiləri haqqında məlumatin
tezlik histoqramını quraq:
1. Siniflər sərhəd qiymətləri ilə və ya sinfin orta nöqtəsi ilə üfüqi oxda, tezliklərin
qiyməti isə şaquli oxda yerləşdirilir.
2. Histoqramın qonşu sütunları toxunmalıdır. Yəni sinfin sərhəd qiymətləri elə
müəyyən edilməlidir ki, boşluq yaranmasın. Məsələn, 1-ci sinfin sərhədləri 6,518,5,
2-ci sinfin sərhədləri 18,5-30,5 kimi müəyyən edilir və s.