10-2 |
Birləşmələr |
Müəyyən xassəli elementlərin (variantların) seçilməsi, müxtəlif kombinasiyaların sayılması, bu elementlərin müəyyən nizamla düzülməsi və s. kimi məsələlərə birləşmə (kombinator) məsələləri deyilir. Verilən kəmiyətlərin (parametrin) kiçik qiymətlərində kombinator məsələləri variantları saymaqla (budaqlanan diaqram qurmaqla və ya siyahı tutmaqla) həll etmək asandır. Parametrlərin böyük qiymətlərində bu üsullar az səmərəli olur. Belə hallarda əsas prinsiplərdən biri olan vurma qaydası tətbiq edilir.
Vurma prinsipi. a elementini n üsulla seçmək mümkündürsə və hər seçimə qarşı b elementini m üsulla seçmək mümkündürsə, (a, b) nizamlı cütünü mxn sayda üsulla seçmək mümkündür. Vurma prinsipi istənilən sonlu sayda obyektlərin seçimi üçün doğrudur.
Nümunə. Tutaq ki, avtomobillər latin əlifoasının üç hərfinin və üç rəqəmin ardıcıl yazılışı ilə nömrələnir. İşarələrin düzülüşünə görə neçə müxtəlif avtomobil nömrəsi hazırlamaq mümkündür? a) hərfin təkrarlanmasına icazə verilir. b) hərfin təkrarlanmasına icazə verilmir.
Həlli.
Öyrənmə tapşırıqları