Ümumiləşdirici tapşırıqlar
Verilən məlumatlara görə tezlik cədvəli qurun.
Uşaqların boyu. Siniflərin sayı: 5. Məlumat: 30 uşağın boyu
67 76 69 68 72 68 65 63 75 69 66 72 67 66 69
73 64 62 71 73 68 72 71 65 69 66 74 72 68 69
Verilən məlumatlara görə tezlik poliqonu və nisbi tezlik poliqonu qurun.
Yürüş iştirakçılarının yaşı haqqında verilən məlumata görə orta yaşı tapın.
1) Məlumat şirkətdə işləyən işçilərin maaşlarını və onların sayını göstərir. Cədvələ görə tapşırıqları yerinə yetirin.
a) Məlumata görə nisbi tezlik cədvəli qurun.
b) Neçə nəfərin maaşı 351 manatdan azdır?
c) İşçilər arasından təsadüfi bir nəfər seçilsə, onun 401 manatdan az maaş alan şəxs olması ehtimalı nə qədərdir?
2) Şirkətdə bayram şənliyində işcilərin adları yazılmış kartların yığıldığı qutudan təsadüfi 2 kart çıxartmaqla 2 soyuducu hədiyyə-priz olaraq oynanılır:
a) hər iki soyuducunu 301 manatdan az maaş alan şəxsin udma ehtimalını;
b) ən azı birini 301 manatdan az maaş alan şəxsin udma ehtimalını tapın