Qövsün uzunluğu
Mərkəzi bucaq tam bucağın (360°-nin) hansı hissəsidirsə, uyğun qövsün uzunluğu da çevrənin uzunluğunun həmin hissəsidir.
1°-li qövsün uzunluğu çevrənin uzunluğunun 1
360 hissəsidir.
m°-li
mərkəzi bucağa uyğun qövsün uzunluğu çevrənin
uzunluğunun m
360 hissəsini təşkil edir:
l = m
360 ⋅ 2πr
Qövsün uzunluğu uzunluq ölçü vahidləri ilə (mm, sm, m və s.) ifadə edilir.
1. Nümunə. Uzunluğu 72 sm olan çevrədə 45°-li mərkəzi bucağa uyğun qövsün uzunluğunu tapın.
Həlli. 45°-li mərkəzi bucaq tam bucağın 45
360 = 1
8 hissəsi olduğundan, uyğun 360 8
qövsün uzunluğu çevrənin uzunluğunun 1
8 -nə bərabərdir:
l = 1
8 ⋅ 72 = 9 (sm)
2. Nümunə. Radiusu 15 sm olan çevrədə 72°-li mərkəzi bucağa uyğun qövsün uzunluğu neçə santimetrdir? Cavabı yüzdəbirlərə qədər yuvarlaqlaşdırın.
Həlli. m = 72, r = 15 qiymətlərini qövsün uzunluğu düsturunda yerinə yazaq:
l = 72
360 ⋅ 2π ⋅ 15 = 6π ≈ 18,85 (sm)
Öyrənmə tapşırıqları
a) r = 3, m = 45°
b) r = 7, m = 80°
c) r = 8, m = 120°