Dairəvi şəkildə olan medalyonun ipləri uyğun çevrənin toxunanlarıdır. x-lə işarələnmiş qövs 220° olarsa, iplərin yaratdığı bucağın dərəcə ölçüsünü tapın.
2-6 |
Çevrədə vətər və kəsənlərin parçalarının mütənasibliyi |
Çevrəxaricindəki nöqtədən çevrəyə şəkildəki kimi toxunan və kəsən çəkilibsə, uyğun parçaları aşağıdakı kimi adlandıraq:
MT -toxunan parça,
MB -kəsən parça,
MA -kəsənin xarıcı hissəsi.
Teorem 1. Çevrənin iki vətəri kəsişirsə, kəsişmə nöqtəsinin birinci vətərdən ayırdığı parçaların hasili, ikinci vətərdən ayırdığı parçaların hasilinə bərabərdir: AM • MB = CM • MD
Teorem 2. Çevrə xaricindəki nöqtədən çevrəyə
kəsənlər çəkilibsə, kəsən parçanın öz xarici hissəsinə
hasili sabitdir.
AC • AB = AE • AD
Teorem 3. Nöqtədən çevrəyə toxunan və kəsən çəkilibsə, toxunan parçanın kvadrati kəsən parçanın öz xarici hissəsinə hasilinə bərabərdir. MT2 = MA • MB