Funksiyalar. Qrafiklər
Məsələ. Vurulan zərbədən sonra topun qalxdığı hündürlüyün
(metrlə) t uçuş zamanından (saniyə ilə) asılılığı h(t) = – 5t2 + 12t
düsturu ilə verilmişdir.
a) t = 1 san anında top hansı hündürlükdə olar?
b) Zamanın hansı anında top yerdən 2,2 metr hündürlükdə olar?
c) Topun qalxdığı ən yüksək hündürlüyü necə tapmaq olar?
3-1 |
Kvadratik funksiya və onun qrafiki |
a ≠ 0 olduqda y = ax2 + bx + c şəklində funksiyaya kvadratik funksiya deyilir.
Nümunələr. y = 3x2 + x, y = -2x2 + 5, y =
x2 - 2x + 3, y = 0,5x2
Kvadratik funksiya bütün ədəd oxunda təyin olunmuşdur, yəni arqument (x)
istənilən həqiqi qiymət ala bilər.
Nümunə. y = x2 - 2x + 2 funksiyası verilmişdir.
a) x = 2 olduqda funksiyanın qiymətini tapın.
b) Arqumentin hansı qiymətlərində funksiyanın qiyməti' 5-ə bərabər olar?
Həlli. a) x = 2 qiymətini funksiyanın düsturunda yerinə yazaq: y = 22 - 2 ⋅ 2 + 2 = 2
b) Şərtə görə y = 5 olduğundan 5 = x2 - 2x + 2 tənliyindən tapırıq: x1 = -1, x2 = 3.
Öyrənmə tapşırıqları