3-4 |
y = x3 funksiyası və onun qrafiki |
y = x3 funksiyası bütün ədəd oxunda təyin olunub və x-in
mənfi qiymətlərində mənfi (mənfi ədədin kubu mənfi
ədəddir), müsbət qiymətlərində müsbət qiymətlər alır
(müsbət ədədin kubu müsbət ədəddir), x = 0 olduqda isə
y = 0 olur. Yəni, y = x3 funksiyasının həm təyin oblasti, həm də
qiymətlər çoxluğu bütün həqiqi ədədlərdir.
y = x3 funksiyasının qrafiki kub parabola adlanır.
Kub parabola koordinat başlanğıcından keçməklə, I və III rüblərdə yerləşir. Arqumentin x qiymətini onun -x əks qiyməti ilə əvəz etsək, onda funksiya da əks qiymətlər alacaq: y = x3 olduğuna görə (-x)3 = -x3 = - y alınacaqdır. Deməli, qrafikin hər bir (x; y) nöqtəsinə həmin
qrafikdə koordinat başlanğıcına görə simmetrik olan (-x; - y) nöqtəsi uyğundur.
Beləliklə, y= x3 funksiyasının qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir.
Öyrənmə tapşırıqları