4-3 |
Dairə sektoru və seqmentinin sahəsi |
Mərkəzi bucağın dairədən ayırdığı hissəyə dairə sektoru deyilir.
Mərkəzi bucaq tam bucağın hansı hissəsidirsə, uyğun sektorun
sahəsi də dairənin sahəsinin həmin hissəsidir.
Məsələn, 60° -li mərkəzi bucağa uyğun dairə hissəsi - sektor bütün dairənin 60°
360° = 1
6 hissəsini təşkil edir.
Dairənin sahəsi πr2 olduğundan bu sektorun sahəsi 1
6 πr2 olar.
Dairənin vətər və vətərin gərdiyi qövslə hüdudlanmış
hissəsinə dairə seqmenti deyilir.
Seqmentin sahəsi = sektorun sahəsi ± üçbucağın sahəsi
Öyrənmə tapşırıqları