5-2 |
Rasional tənliklər. Rasional tənliklərin tətbiqi ilə məsələ həlli |
Tənliyin sağ və sol tərəfinə daxil olan ifadələr rasional ifadələr olarsa, belə tənliyə rasional tənlik deyilir. Rasional tənliklərin həll addımlarını nümunə həlli üzərində göstərək.
Həll addımları
1) Tənlikdə dəyişənin mümkün qiymətləri (DMQ) müəyyən edilir.
2) Tənliyə daxil olan kəsrlər ortaq məxrəcə gətirilir.
3) Tənliyin hər iki tərəfi ortaq məxrəcə vurulur və alınan tənlik həll edilir.
4) Yoxlama aparılır və cavab yazılır
Nümunə. x3 - 20x
x - 4 = x2
4 - x
• Verilmiş tənlikdə x ≠ 4 olmalıdır.
• x3 - 20x
x - 4 = -x2
x - 4
• x3 - 20x = -x2; x3 + x2 - 20x = 0;
x(x2 + x - 20) = 0; x(x + 5)(x - 4) = 0
x1 = 0, x2 = -5, x3 = 4
• x = 4 DMQ şərtini ödəmədiyi üçün
verilmiş tənliyin kökü ola bilməz.
Cavab: {0; -5}
Öyrənmə tapşırıqları