3-cü bölmə. Heyvanlar və quşlar
Dinləmə və danışma
Söz mücrüsü
dəcəl • xortum • yuva
silkələmək • dağıtmaq
sancmaq • zəif • əzmək
1
Fil xortumunu ağaca dolayıb silkələyirdi.
Arıların qəzəbi
2
- Fil qardaş, xahiş edirik,
yuvamızı dağıtma.
3
– Mən burada oynayıram.
– Nə olar, get bir az aralıda oyna.
– Mən heç yerə gedəsi deyiləm.
Bir bunlara bax! Bapbalaca
boyları var, mənə əmr edirlər.
4
Arılar yuvalarından çıxıb dəcəl Filə hücum etdilər.
5
– Fil qardaş, indi halın necədir?
Özündən zəifləri əzənin axırı belə olar!
- Nə anladın?
- 1.Nağılda hansı heyvanların adı çəkilir?
- 2.Arılar Fili niyə sancdılar?
- Düşün və cavab ver.
- 3.Nağılı davam etdirin. Sizcə, Fil bundan sonra zəifləri incidəcəkmi?