5-ci bölmə. Yaxşı nədir, pis nədir
əqrəb və qurbağa
Dərsə hazırlıq
1.
Həyatınızda hansı yaxşı hərəkətlərlə rastlaşmısınız?
2.
Sizə yaxşılıq edən insanlara necə təşəkkür etmisiniz?
Əqrəb çayı keçmək istəyirdi.
Amma üzə bilmirdi.
O, Qurbağaya yaxınlaşdı:
– Qurbağa qardaş, kömək elə, çayı
keçim.
Qurbağa Əqrəbə çayı keçməyə
kömək etdi.
Çayın ortasına çatanda Əqrəb dedi:
– Qurbağa qardaş, gərək mən səni sancım.
– Ay Əqrəb, axı mən sənə kömək edirəm.
Məgər yaxşılığın əvəzini belə çıxarlar?!
Əqrəb:
– Bağışla, Qurbağa qardaş. Mən əqrəbəm,
sancmaq mənim adətimdir.
Qurbağa təəssüflə cavab verdi:
– Düzdür, sən əqrəbsən! Ancaq bil ki,
mən də qurbağayam. Hərdən suyun altı
ilə üzürəm.
Bunu deyib Qurbağa suyun altına girdi.
Söz mücrüsü
qurbağa
•
əqrəb
çay
•
sancmaq
•
adət