5-ci bölmə. Yaxşı nədir, pis nədir
YAXŞILIQ
Dərsə hazırlıq
1.
Mətni oxuyun. Baş qəhrəmanın davranışlarına diqqət edin.
Gözəl gün idi. Elxan yaxşı bir iş görmək istəyirdi. O, xəyallara
daldı: “Əgər Leyla göldə batsa, onu xilas edərəm”.
Elə bu vaxt balaca Leyla ona dedi:
– Elxan, mənimlə oynayarsan?
– Mane olma, Leyla. Özün tək oyna.
Elxan fikirləşdi:
– Əgər canavar nənəmə hücum
etsə, mən onu xilas edərəm.
Nənəsi Elxanı səslədi:
– Elxan, bala, toyuqlara dən
verərsən?
Elxan mızıldandı:
– Nənə, işim var. Sonra.
Özü isə düşündü: “Əgər
Toplan quyuya düşsəydi, onu
xilas edərdim.
Toplan quyruğunu bulaya-bulaya ona yaxınlaşdı.
Sanki demək istəyirdi:
– Elxan, mənə su ver.
Söz mücrüsü
batmaq
•
xilas etmək
•
dən hücum etmək
•
quyu