1.Mətni oxuyun. Mətnə ad qoyun.
Qarışqa bir buğda tapdı. Buğda çox ağır idi. Onu yerindən
tərpədə bilmədi. Yoldaşlarını köməyə çağırdı. Onlar köməkləşib
buğdanı asanlıqla yuvalarına apardılar.
2.Mətnə əsasən şəkilləri ardıcıllıqla sıralayın.
3.Mətnə əsasən cümlələri tamamlayın.
Qarışqa buğdanı yerindən tərpədə bilmədi, çünki ... .
Qarışqa buğdanı yerindən tərpədə bilmədi, ona görə də ... .
4.Hansı cümlə mətndəki əsas fikri ifadə edir?
- a)İşləməyən dişləməz.
- b)Güc birlikdədir.
- c)Dost gəlişi bayram olar.
5.Cümlələri tamamlayıb oxuyun.
- 1.Mən Azərbaycan əsgəri... .
- 2.Sən müəllim... .
- 3.O, nağıl qəhrəmanı... .
- 4.Biz dənizkənarı parkda... .
- 5.Siz çalışqan şagirdlər... .
- 6.Onlar xeyirxah insanlar... .
6.Nöqtələrin yerinə uyğun sözləri əlavə edib köçürün.
- ... qələmim
- ... qələmin
- ... qələmi
- ... qələmimiz
- ... qələminiz
- ... qələmi