1.
“Ləpə” sözünü şəkildəki mənalarına uyğun olaraq cümlələrdə işlədin.
2.
Cümlələri verilmiş şəkillərlə uyğunlaşdırın və nöqtələrin yerinə uyğun
hissəciklər əlavə edin.
- Aynur binalar... baxırdı.
- Uşaqlar meydança... futbol oynayırdılar.
- Matros gəmi... əl elədi.
3.
Hansı cümlədə söz sırası pozulmuşdur?
- a)Sabir dərslərini tez bitirdi.
- b)Mən, yəqin ki, gec gələcəyəm.
- c) Ülkər olmaq istəyir müəllim..
4.Sual sözlərindən istifadə edərək sual cümlələri qurun.
Nümunə: Orxan Bakıda yaşayır. (kim? harada? nə edir?)
Kim Bakıda yaşayır?
Orxan harada yaşayır?
Orxan Bakıda nə edir?
- Səbinə bağçada gəzişir. (kim? harada? nə edir?)
- Axşam yağış yağdı. (nə vaxt? nə? nə etdi?)
- Elcan şirin meyvə xoşlayır. (kim? necə? nə? nə edir?)
- Xalid iki dəftər aldı. (kim? neçə? nə? nə etdi?)