7
Təbiətin sirləri
Dərsə hazırlıq
1.
Tapmacaların cavabını tapın və şəkildə göstərin.
1
Sümükdən paltarım var,
Gün düşəndə parıldar.
Asta-asta gəzərəm,
Suya düşsəm, üzərəm.
2
Dincəlməklə yox aram,
Çiçəklərə qonaram.
Mən onların dostuyam
Bal düzəldən ustayam.
3
Qonar gülə-çiçəyə,
Hər yarpağa, ləçəyə.
Qanadı xallı, zər-zər,
Məskənidir çəmənlər.
4
Tikandan paltarım var,
Hər kim toxunsa, batar.
İlan da qorxur məndən,
Deyin görüm, nəyəm mən?
Söz mücrüsü
sirr
•
ləçək
•
xallı
•
zər
•
məskən
sümük
•
caynaq
•
süzmək
•
çil
xortum
•
buynuz
•
guşə
•
ala