2.
Hansı fəsli daha çox sevirsiniz? Seçiminizi izah edin.
Samir uşaqlarla qartopu oynadı, xizəklə
sürüşdü. Sevincək evə gəlib atasına dedi:
- Atacan, qış nə yaxşı fəsildir, kaş həmişə
qış olaydı.
Atası ona bir dəftərçə verib dedi:
- Al bu dəftəri. Qoy sənin arzular
dəftərin olsun. İndi dediyini bura yaz.
Yaz gəldi. Samir çəmənlikdə alabəzək
kəpənəklərin dalınca yüyürdü, gül
dərdi. Atasının yanına qaçıb dedi:
- Atacan, yaz nə gözəl fəsildir. Kaş
həmişə yaz olaydı.
Atası dedi:
- Get bu arzunu da arzular dəftərinə yaz.
Yay oldu. Samir atası ilə birlikdə ot biçməyə
getdi. Onun bütün günü maraqlı
keçdi. Gah balıq tutur, gah meyvə yığır,
gah da otun üzərində mayallaq aşırdı.
Axşam atasına dedi:
- Bu gün doyunca oynamışam. Arzu
edirəm ki, yay heç qurtarmasın.
- Yaxşı, bu arzunu da dəftərinə yaz.
Samir arzusunu dəftərə yazdı.