İstifadə etmək üçün: rəngli karandaşlar, yapışqan, şəkillər, vatman kağızı, qayçı, rəngli kağız.
Bildiyiniz kimi, bəzi ailələr böyük, bəziləri isə kiçik olur. Müasir ailələrin əksəriyyəti kiçik ailələrdir. Bəzən cəmiyyətdə çox böyük ailələrə də rast gəlirik. Məsələn, uşaq kəndlərində yaşayan və dövlətin himayə etdiyi
ailələr var. Bakıdakı SOS uşaq kəndində bu cür ailələr yaşayır. Gəlin onlar haqqında müzakirə aparaq və “ailə güzgüsü” hazırlayaq.