1. Şəkildə gördükləriniz haqqında danışın. 2. Bu birlikləri necə adlandıra bilərsiniz? 3. Sizcə, bu insanları bir-birinə hansı ümumi maraqlar bağlayır? 4. Nə üçün insanlar bir-birinə yararlı olmalı, birgə işləməli, birlikdə fəaliyyət göstərməlidirlər?
5. Sizin sinfi kollektiv adlandırmaq olarmı? Nə üçün belə düşünürsünüz?
6. Sinifdə kollektiviniz qarşısında hansı vəzifələriniz var?
Fərd dedikdə bir insan nəzərdə tutulur. Şagird də bir fərddir. Şagirdlərdən ibarət sinif kollektiv adlanır.