İstifadə etmək üçün: dəftər, yapışqan, rəngli kağız, rəngli qələmlər, fırça,
canlıların əvvəlcədən hazırlanmış şəkilləri.
Təbiətdə elə canlılar var ki, sayı azalmaqda, nəsli tükənməkdədir.
Onlar haqqında məlumatlar “Qırmızı kitab”da toplanır. Azərbaycan
Respublikasının öz “Qırmızı kitab”ı var. Burada Azərbaycan
Respublikası ərazisində nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan, yabanı
bitki növləri haqqında məlumat toplanıb. Biz də araşdırma apararaq öz
“Qırmızı kitab”ımızı yaradaq.