İnsanlar təhlükəli yerlərdən
uzaq duraraq özlərini qoruya
bilərlər.
1. Şəkillərdə gördükləriniz
haqqında danışın.
2. Sizcə, təsvir edilən
nişanlar nəyi ifadə edir?
3. Çimərlikdə çimmək
nə zaman qadağan
edilə bilər?
4. Əgər xəbərdarlıq
nişanlarına diqqət
yetirilməzsə, bu nə
ilə nəticələnər?
5. “Qadağandır!” işarəsinə
başqa harada
rast gəlmisiniz?
Xatırlayın və onların
mənasını izah etməyə
çalışın.
YADDAŞ
KARTI
Xəbərdarlıq nişanlarına qarşı diqqətli olmaq lazımdır!
Bu sizin təhlükəsizliyiniz üçün vacibdir!