Obyekti təsvir edərkən onu başqa obyektlərdən fərqləndirən əlamətləri söyləmək lazımdır. Əlamətlər düzgün deyilməyəndə obyekti tapmaq çətin olur.
Tutaq ki, siz qaşığı təsvir etmək istəyirsiniz. Əgər “dəmirdəndir, mətbəxdə istifadə edilir” desəniz, onda insanın ağlına “qaşıq”, “çəngəl”, “bıçaq”, “tava” kimi əşyalar gələ bilər. Ancaq əlavə etsəniz ki, “şorbanı onunla yeyirlər”, söhbətin qaşıqdan getdiyini bilmək olar.