Biz informasiyanı qəbul edirik, daşıyıcılarda müxtəlif formalarda saxlayırıq və başqalarına ötürürük.
Dostumuzla söhbət edən zaman informasiya verir, yaxud informasiya alırıq. Başqa sözlə, biz gah informasiya mənbəyi, gah da informasiya qəbuledicisi oluruq. İnformasiyanın belə alınıb-verilməsi informasiya mübadiləsi adlanır.
İnformasiyanın ötürülməsi
İnformasiya mübadiləsi
İnformasiyanın ötürülmə vasitələri
Dostumuz uzaqdadırsa, onunla söhbət etmək üçün biz yardımçı vasitələrdən istifadə etməliyik. Belə vasitələrdən ən geniş yayılmışı telefondur. İnformasiyanın ötürülməsi üçün istifadə olunan yardımçı vasitələrə informasiyanın ötürülmə vasitələri deyilir.