Alqoritmi yerinə yetirənə alqoritmin icraçısı deyilir. Alqoritmin icraçısı insan, heyvan, robot, kompüter ola bilər. Alqoritmin addımları dəqiq və icraçı üçün aydın olmalıdır.
Robotlar nə qədər “ağıllı” görünsələr də, onlar insanın əvvəlcədən tərtib etdiyi alqoritmi icra edir.
Alqoritmin icrası
Alqoritmin icraçısı
Alqoritmin nəticəsi
Çirkli boşqabı yumaq üçün robota belə alqoritm verilə bilər:
1. Çirkli boşqabı götür
2. Boşqabı suda islat
3. Boşqabı təmizləyici maye ilə sürt
4. Boşqabı suyun altında yu
5. Boşqabı dəsmalla qurula
6. Boşqabı yerinə qoy
“Qabın yuyulması” alqoritmini başqası da icra etsə, eyni nəticə alınar.