İnsanlar obyektlər və hadisələr haqqında müəyyən fikirlər söyləyirlər. Bu fikirlər doğru, yaxud yalan ola bilər.
Məntiqi mülahizə
Doğru - Yalan
Doğru, yaxud yalan olan hər hansı cümlə məntiqi mülahizə adlanır. Başqa sözlə, məntiqi mülahizə elə fikirdir ki, o ya doğrudur, ya da yalandır.
Hər bir mülahizənin inkarını söyləmək olar. Doğru mülahizənin inkarı yalan, yalan mülahizənin inkarı isə doğru olur.