Elə fikirlər var ki, onların doğru və ya yalan olmasını müəyyən etmək olmur.
Məsələn:
A. Okean dənizdən böyükdür.
B. Göz eşitmə orqanıdır.
C. Futbol maraqlı oyundur.
Qeyri-müəyyən mülahizə
Burada A fikri doğru, B fikri isə yalandır. Ancaq C fikrinin doğru və ya yalan olması barədə heç nə demək olmaz. Çünki biri üçün maraqlı olan oyun başqası üçün maraqsız ola bilər. Ona görə də C fikri qeyri-müəyyəndir.