Turistlər göldən mehmanxanaya getmək istəyirlər. Onlar bir neçə yolla gedə bilərlər:
1. Körpülərdən keçməklə;
2. Kəndin kənarından keçən asfalt yolla;
3. Çay və təpələri aşmaqla.
Ən sadə yol
Ən qısa yol
Mehmanxana, kənd, körpü və gölü nöqtələr, onlar arasındakı yolları isə xətlərlə göstərsək, aşağıdakı sxem alınar.
Bir obyektdən digərinə aparan ən sadə yol həmişə ən qısa yol olmur.