İnsanların dəqiq addımlamasını müşayiət edən musiqi
marş adlanır. Bəzi mahnıları marş janrına da aid etmək olar.
|
İDMAN MARŞLARI
|
|
Birinci bənd
Polad kimi bədənimiz, “Gənc idmançı” adımız var. Qüvvətliyik, sağlamıq biz, Sıramıza gəlin, dostlar. |
İkinci bənd
Məşq edirik yorulmadan, Bərkiyirik gündən-günə. Yeni-yeni zəfərlərə, Çatmaq üçün sabah yenə. |
Musiqisi Musa Mirzəyevin,
sözləri Hikmət Ziyanındır. |
Nəqərat
Bizə yarış meydanıdır Düzlər, çaylar, gen üfüqlər. Hər oyunda, hər yürüşdə, Üzümüzə gülür zəfər. |
Nəqərat
Bizə yarış meydanıdır Düzlər, çaylar, gen üfüqlər. Hər oyunda, hər yürüşdə, Üzümüzə gülür zəfər. |