Yürüş marşları Vətənin
müdafiəsinə çağırış kimi
səslənir və qələbəyə
ruhlandırır. Müxtəlif
yürüşlərdə və hərbi
keçid zamanı səslənən marşlar yürüş marşlarıdır.
Onlar
|
|
“Vətən”
|
Musiqisi Səid Rüstəmovun,
sözləri Süleyman Rüstəmindir. |
Birinci bənd
Ey Vətən, torpağın əzizdir mənə, Mən səndə tapmışam səadətimi. Könüldən mahnılar qoşmuşam sənə Çevirib bayrağa məhəbbətimi. |
İkinci bənd
Gözümü dünyaya açanda ilkin Anamı görmüşəm, səni görmüşəm. Əhdinə vəfalı bir oğul təki Döyünən qəlbimi sənə vermişəm. |
Nəqərat
Şöhrətim, ey Vətən, şanım, ey Vətən, Sən mənim adımı ellərə yaydın. Ürəyim, ey Vətən, canım, ey Vətən, Mən şair olmazdım, sən olmasaydın. |
Nəqərat
Şöhrətim, ey Vətən, şanım, ey Vətən, Sən mənim adımı ellərə yaydın. Ürəyim, ey Vətən, canım, ey Vətən, Mən şair olmazdım, sən olmasaydın. |
|
“Vətən” mahnısını xarakterinə uyğun ifa edin.
|