|
AFİŞA
|
|
“Rəngbərəng afişa”
|
Musiqisi Oqtay Zülfüqarovun,
sözləri Teymur Elçinindir. |
Birinci bənd
Rəngbərəng afişa Asılıb divarda. Konsertə çağırır, Durmayın kənarda. |
İkinci bənd
Tez gəlin, oxuyub Çalacaq artistlər, İki-üç yaşında Balaca artistlər. |
Üçüncü bənd
Buyurun, əyləşin, Hörmətli qonaqlar. Konsertə başlayaq, Tələsir uşaqlar. |