Konsertlər hesabat, bayram və müxtəlif mövzulu olur. Hər bir konserti
təşkil etmək üçün müəyyən hazırlıq işləri görülməlidir. Konsertin mövzusu,
məzmunu, iştirakçıları müəyyən olunur və afişa tərtib edilir. İfaçılar konsertdə
çıxış etmək üçün hazırlaşırlar.