4 | Möcüzəli ləkələr |
Rəssam isti və soyuq rənglərlə düz və maili xətlər çəkir. O həm də ləkələrlə təsvir edir. Rəngkarlıqda ləkə - fırçanın qoyduğu iz və əsas ifadə vasitəsidir. Ləkələr böyük və kiçik, dəyirmi və uzunsov, tünd və ya açıq rəngdə olur.
Bəzən ləkələr vasitəsi ilə yaradılmış əsəri başa düşmək, onun nəyə bənzədiyini tapmaq üçün bu əsəri çox diqqətlə seyr etmək lazım gəlir.
Rəssam əsərində nə təsvir edib? Ləkələr nə rəngdədir?
Onlar nəyə bənzəyir?
Quaş və ya akvarel
Vərəqin ortasında ixtiyari olaraq suluboya ilə birrəngli ləkə çəkin. Sonra onun hansı heyvana, yaxud quşa bənzədiyini müəyyən edin. Ləkəyə göz, qulaq, bığ, quyruq, ayaqlar çəkin. Əgər quşdursa, qanad və dimdik əlavə edin. Sonra bənzətdiyinizi rəsmə kimi tamamlayın. Ola bilsin ki, sizdə real deyil, fantastik rəsm alınsın.
• Səmadakı buludları seyr etmisinizmi? Onları nəyə bənzətmisiniz?
Yeni sözlər
• Ləkə