5 | Payızın sehrli rəngləri |
Bütün sənətkarlar kimi, rəssamlar da təbiətdən ilham alırlar. Onların əsərlərində payız mövzusunun xüsusi yeri var. Bu fəsil öz rəngarəngliyi ilə insanları cəlb edir.
Rəssamlar öz əsərlərində hansı rənglərdən istifadə etmişlər?
Rəssam payızı seyr edən zaman təbiətdə baş verənləri, insanların geyimlərini və hərəkətlərini müşahidə edir. Müşahidələri rəssama bütöv bir əsəri yaratmağa kömək edir. Təsvir zamanı obyektləri elə yerləşdirir ki, onlar bir-birini tamamlasın.
Ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaq - kompozisiya adlanır. Kompozisiya vasitəsi ilə rəssam tamaşaçıya düşündüyü hadisənin məzmununu açıqlayır.