11 | Natürmort |
İnsan məişətdə qablardan istifadə edir. Bu qablar arasında müxtəlif forma, rəng və naxışlarla zəngin güldanlar materiallardan hazırlanır: ağac, şüşə, gil və ya metal.
Güldanlardan necə istifadə edirlər? Onlar arasında fərq nədədir? Onların forması haqqında danışın.
Qab-qacaqların, gül-çiçəklərin, meyvə və tərəvəzlərin təsvirinə natürmort deyilir. Rəssamlar natürmortları məişətdə istifadə edilən əşyalara əsasən qurur və naturadan çəkirlər.
Verilmiş natürmortlarda rəssamlar nələri təsvir etmişlər?