12 | Neft daşlarına səyahət |
Azərbaycanın təbiəti, məişəti, doğma yurdun bütün gözəllikləri məşhur rəngkar və qrafik Maral Rəhmanzadənin yaradıcılığında tərənnüm olunub. Xalq rəssamı Maral Rəhmanzadə bir çox əsərlərini Neft daşlarına, dəniz neftçilərinin qəhrəmanlığına həsr etmişdir.
Rəssamın uşaqlığı neft qoxulu Xəzərin sahilində keçib. İllər sonra gənc rəssam neftçilərlə birlikdə dənizə çıxır, onların əməyini müşahidə edirdi. O, neftçilərin dənizdəki təbii fəlakətə qarşı nə qədər cəsarətli olduğunu görürdü.
"Günəş şüaları". Maral Rəhmanzadə
Əsərin məzmunu nədən ibarətdir?
Niyə nefti "qara qızıl" adlandırırlar?
Rəssamın qrafika əsərlərində neft buruqlarının forması, ölçüsü,
rəngi və xətləri haqqında danışın.