16 | Düşündürən hərflər |
Hər birinizin nağıl kitabı var. Bu kitablarda baş verən hadisələri rəssam çəkir. Kitabdakı rəsm illüstrasiya, rəssam isə illüstrator adlanır.
Mətnin birinci hərfi həmişə diqqəti cəlb edir. Sənətkar xüsusi olaraq onu naxışlarla bəzəyir və rəngləyir. Ona baş hərf deyilir. Baş hərfə diqqətlə baxsaq, mətn haqqında bir çox məlumatlar "danışa" bilər.
Rəngli flomasterlər, karandaşlar
Vərəqdə iri və qalın bir hərf çəkin. Bu sizin sevimli hərfiniz, adınızın, yaxud soyadınızın ilk hərfi ola bilər. Onu istədiyiniz heyvan və ya quşa, həşərata və ya bitkilərə çevirin və ya sadəcə rəngarəng nəbati naxışlarla bəzəyin.
• Hansı illüstrasiyalı kitabları oxumuşunuz?
• Bu kitablardakı mətnlərin baş hərfləri necə bəzədilib?
Yeni sözlər
• İllüstrasiya • İllüstrator • Baş hərf