19 | Məişət əşyalarının gözəlliyi |
İnsan təbiətdə olan müxtəlif materiallardan istifadə edir. Bunlardan biri də təbii gildir. Onunla yapma işlər yerinə yetirmək olar.
İnsanlar ta qədim zamanlardan gildən istifadə etməyə başlamışlar. Qədim insan gildən müxtəlif qab-qacaqlar hazırlayıb. Onlara saxsı qablar deyirlər. Bu materialdan hazırlanmış və məişətdə istifadə edilən əşyalar zərərsiz, rahat və gözəl olur. Onları dulusçuluq sənətinə aid edirlər. Dulusçuluq - Azərbaycanın ən qədim xalq sənəti növlərindən biridir.
Bacarıqlı əllər dulus çarxında fırlanan gil parçasını küpə çevirərək yapır. Küpün - məişətdə istifadə etdiyimiz qabın üzəri naxışlanır. Sonra xüsusi şirə çəkilərək onun möhkəm olması üçün sobada bişirilir.