24 | Nağıllarda xeyirxahlıq və qəddarlıq |
Nağıllar - möcüzələrlə dolu sirli, sehrli aləmdir. Burada, adətən, xeyirxahlıq qəddarlıq üzərində qələbə çalır və hadisələr xoşbəxt sonluqla bitir.
Nağıllardakı obrazlar mətnə çəkilmiş təsvirlərdə - illüstrasiyalarda daha aydın şəkildə göstərilir.
İllüstrasiya çəkmək üçün əvvəlcə nağılı diqqətlə oxumaq və yaxud yada salmaq lazımdır. Sonra orada baş verən hadisələri təsəvvür etmək olar.
“Cırtdan”.
Azərbaycan nağılı
"Cırtdan" nağılına çəkilmiş illüstrasiyalar Azərbaycanın Xalq rəssamı Rasim Babayevə məxsusdur.
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər
Qəhrəmanların xarakterini - xeyirxah və ya qəddar obrazları sevimli nağılınızda göstərməyə çalışın.
• Oxuduğunuz nağıllarda təsvir olunan obrazlar haqqında nə deyə bilərsiniz?