QAYÇI İLƏ İŞLƏMƏ ZAMANI TƏHLÜKƏSİZLİK
TEXNİKASI QAYDALARI
1. Qayçını göstərilən yerdə (qayçı üçün qabda və ya qutuda) qaydalarla
müəyyən olunmuş vəziyyətdə saxlayın.
2. Küt və bərkitməsi boşalmış qayçı ilə işləməyin.
3. Qayçının kəsən hissələrini yuxarı tutmayın.
4. Qayçının kəsən hissələrini açıq qoymayın.
5. Qayçı ilə oturub işləyin.
6. Qayçı ilə iş zamanı yoldaşınıza yaxınlaşmayın.
7. Bağlı qayçını üzükləri irəli olmaqla ötürün.
8. İş zamanı materialı sol əllə elə saxlayın ki, barmaqlar qayçının
kəsən hissəsindən kənarda olsun.
PLASTİLİNLƏ İŞ ZAMANI SANİTARİYA VƏ GİGİYENA
QAYDALARI
1. Plastilinlə işlədikdən sonra əllər mütləq yuyulmalıdır!
YAPIŞQANLA İŞLƏMƏ ZAMANI TƏHLÜKƏSİZLİK
TEXNİKASI QAYDALARI
1. Yapışqanla ehtiyatla davranın. Yapışqan zəhərlidir!
2. Yapışqanı məmulatın səthinə yalnız fırça ilə sürtün.
3. Yapışqanın barmaqlara, sifətə, xüsusilə gözlərə düşməsi təhlükəlidir.
4. Yapışqanın gözlərə düşməsi zamanı onları çoxlu miqdarda su ilə
yuyun.
5. İşi qurtardıqdan sonra mütləq əlləri və fırçanı yuyun.
6. Yapışqanla işlədikdə salfetdən istifadə edin.
İYNƏ İLƏ İŞLƏMƏ ZAMANI TƏHLÜKƏSİZLİK
TEXNİKASI QAYDALARI
1. İynələri müəyyən olunmuş yerdə (xüsusi qutuda, iynəqabında) saxlamaq
lazımdır.
2. İynəni ağıza almaq, paltarın yaxasına sancmaq qadağandır.
3. Barmağı zədələməmək üçün oymaqla (üsküklə) işləyin.