6
Mətndəki sonuncu cümləni necə başa düşürsünüz?
Yaradıcılıq
7
Rəssam Mikayıl Abdullayevin yaradıcılığı haqqında araşdırma aparıb
yazılı təqdimat hazırlayın. Oxuduğunuz mətnin qısa məzmununu (3-5
cümlə ilə) təqdimatda əks etdirin.
Tapşırığı yerinə yetirmək üçün aşağıdakı sözlərdən istifadə edin:
yaradıcılıq, portret, rəssam, istedadlı, təsvir, təhsil,
tanınmış şəxsiyyətlər, sərgi, incəsənət tarixində iz qoymaq
Dil qaydaları
8
Mətndə göy rənglə verilmiş feilləri kök və şəkilçiyə ayırın. Bu feillərin
hansı nitq hissələrindən yarandığını söyləyin.
Yadda saxla!
DÜZƏLTMƏ FEİLLƏR
Dilimizdəki sadə feillər, əsasən, təkhecalı və ikihecalı olur.
Düzəltmə feillər müxtəlif nitq hissələrinə, o cümlədən feillərə leksik şəkilçilər
artırmaqla düzəlir: lovğa‐lan(maq), bir‐ləş(mək), az‐al(maq), yaşar
(maq), mən‐imsə(mək), yor‐ul(maq), vur‐uş(maq), qaç‐ır(maq) irəli‐lə(mək).
9
Aşağıdakı feillərin hansı nitq hissələrindən yarandığını müəyyən edin.
hallanmaq, azalmaq, döyüşmək, daralmaq, sancılanmaq, birləşmək,
soyuqlamaq, ağarmaq, qaçırmaq, uzaqlaşmaq, otarmaq
10
Nöqtələrin yerinə uyğun şəkilçilər artırın.
‐ar, ‐lan, ‐al, ‐laş, ‐la, ‐ıl
- Axşamüstü qoy uzaqdan hava...sın Xanın səsi. (Səməd Vurğun)
- Tüstü get-gedə
çox...ırdı.
- Buludlar uzaqdan ağ...ırdı.
- Uşaqlar tezliklə dost...dılar.
- Tarzən tarı sinəsinə basıb çalmağa baş...dı.
- Qapı birdən aç...dı, içəri nurani bir qoca daxil oldu.
*
11
Dördündən biri quruluşuna görə fərqlidir.
A)soyunmaq
A)düşünmək
A)sınamaq
B)soyumaq
B) deyilmək
B)qanamaq
C)soyundurmaq
C)düşürmək
C)boyamaq
Ç)soyulmaq
Ç) düşündürmək
Ç)qınamaq