Mürəkkəb feillər iki və daha artq sözün birləşməsindən əmələ gəlir: tanış olmaq, kömək edə bilmək, gedib-gəlmək və s.
Yaxın və ya əksmənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb feillər defislə yazılır: əsib-coşmaq, silib-süpürmək, bəzənib-düzənmək, atıb-tutmaq və s.
Ayrı yazılan mürəkkəb feillər iki cür olur:
1) olmaq, etmək (eləmək) köməkçi feillərinin başqa nitq hissələrinə qoşulması ilə yarananlar: həll etmək, nail olmaq, dost olmaq və s.;
2) bilmək köməkçi feilinin -a2 şəkilçisi qəbul etmiş feillərə qoşulması ilə yarananlar: yaza bilmək, danışa bilmək və s.